İsmayıllıda torpaq sürüşməsi olub - FOTO

27 İyun 2024 11:52

Bir neçə gündür yağan güclü leysan yağışları İsmayıllının bəzi kəndlərində problemlər yaradıb.

Milli.Az APA-ya istinadən bildirir ki, aramsız yağıntı səbəbindən rayonun Qoydan kəndində torpaq sürüşməsi baş verib.

İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov APA-ya bildirilib ki, aidiyyəti qurumlar bununla bağlı məlumatlandırılıb. Əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, akt tərtib olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun