Mövsüm meyvələri niyə bahadır? - VİDEO

27 İyun 2024 12:25

Mövsümü olsada bazarlarda bəzi meyvələrin qiyməti bahadır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar rayonlarda havaların yağıntılı keçməsi meyvə bazarında durğunluq yaradıb. Mövsümü meyvələrin azalması qiymətlərə də təsirsiz ötüşmür.

Alıcılar isə qiymət baha olsa da bu məhsulları almaq məcburiyyətində olduqlarını deyirlər.

Satıcılar isə deyir ki, artıq bəzi rayonlardan yerli qarpızlar da gətirilir. Qarşıdakı günlərdə bostan bitkilərində ucuzlaşma gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun