Alen Simonyan: Ermənistan Aİ-nin bir hissəsi olmaq istəyir

27 İyun 2024 11:26

Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib.

"Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq. Beləliklə, Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var", - Simonyan deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun