Əməkdar artist illər sonra arzusuna çatdı

27 İyun 2024 14:52

Əməkdar artist Babək Niftəliyev "Xəzər axşamı" verilişində qonaq olub.

Milli.Az bildirir ki, axşam.az-a istinadən xəbər verir ki, 39 yaşlı sənətçi bu il Qurban bayramını öz doğma yurdunda, Kəlbəcərdə qeyd etdiyini bildirib:

"Artıq qarabağlı günlərimiz başlayıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şükür olsun ki, bayramlarımızı artıq ürəklə qeyd edirik. Arzumuz var idi ki, Qarabağımızda qurban kəsək. Atam, anam və qardaşımla necə oradan gəlmişdiksə, elə də qayıtdıq. Kəlbəcərdə öz həyətimizdə qurbanımızı kəsdik. Allah səsimizi eşitdi. Düzdür, yurd-yuvamız viran olub. Daşı daş üstündə də qoymayıblar ki, heç olmasa bünövrəsi qalsın".

Qeyd edək ki, Babək Niftəliyev Kəlbəcərdən çıxarkən 8 yaşı olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun