"Beşiktaş"ın futbolçusu Cenk Tosun Türkiyə Milli Komandasının tarixində Avropa çempionatında qol vuran ən yaşlı oyunçu seçilib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu buna 33 yaş, 19 günlüyündə nail olub.
Xatırladaq ki, o, 90+4-cü dəqiqədə Çexiyaya qələbə qolunu vuraraq Türkiyə yığmasını 1/8 finala çıxardıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun