Qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı

27 İyun 2024 10:59

Ağdamda qazi ölümlə nəticələnən yol qəzası törədib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb.

İkinci Qarabağ müharibəsi iştirakçısı Rüstəmov Rövşən Elşən oğlu sürücülük hüququ olmadan idarə etdiyi 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz E 350" markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan 02-BU-150 dövlət qeydiyyat nişanlı Əliyev Vidadi Hüseyin oğlunun idarə etdiyi "VAZ-21063" markalı avtomobillə 77-YD-327 qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ-21063" avtomobildə olan sərnişin qadınlardan biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıblar. 

Qeyd edək ki, E.Rüstəmov "Kəlbəcərin azad olunmasına görə" medalı  ilə təltif edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun