Vahid Ələkbərov ən varlı rusiyalıdır - Ən son rəqəmlər

27 İyun 2024 10:54

Nüfuzlu "Forbes" nəşri 2023-cü il üçün alınan dividendlərə görə ən zəngin 50 rusiyalının ikinci illik reytinqini dərc edib.

Siyahıya "Lukoyl"un əsas səhmdarı Vahid Ələkbərov başçılıq edib.

Onun dividend gəliri 177,4 milyard rubl dəyərində qiymətləndirilir.

Reytinqdə ikinci yeri "Novatek" qaz şirkətinin səhmdarı Leonid Mixelson tutub, onun dividend gəliri 105 milyard rubl təşkil edib.

Üçüncü lider kimya istehsalçısı, "Sibur Holdinq"in səhmdarı Qennadi Timçenkodur. Kontinental Xokkey Liqasının direktorlar şurası sədrinin dividend gəliri 84,6 milyard rubl olaraq qiymətləndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun