Azərbaycanda bu şirkət müflis oldu

27 İyun 2024 10:43

"Dop Dolu" Məhdud Məsuliyyətli Cəmiyyəti müflisləşib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizə yazıb.

Ərizə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilib.

Həmin iş üzrə məhkəmə iclası Bakı Kommersiya Məhkəməsinin inzibati binasında keçirilməklə iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, "Dop Dolu" 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Kəngərli Çingiz Elşad oğludur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun