Turalı öldürən 21 yaşlı gəncin FOTOsu

27 İyun 2024 09:35

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakının Nərimanov rayonunda, "Metro Park"ın önündə 24 yaşlı Tural Kosayev başından güllələnərək qətlə yetirilib.

T.Kosayevi güllələyən 21 yaşlı İsmayıl Allahverdiyevin yaxalanması ilə bağlı görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, Citypost.az İ.Allahverdiyev haqqında bəzi məlumatlar əldə edib. Qətli törədən şəxs hərbiçidir. O, Qarabağdakı N saylı hərbi hissələrin birində xidmət edirmiş. İ.Allahverdiyev Qazax rayonunun Daş Salahlı kəndində yaşayırmış. O, Bakıya mərhum T. Musayevi öldürmək məqsədi ilə gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun