Bu gün İranda sükut günüdür

27 İyun 2024 09:22

İyunun 28-də keçiriləcək prezident seçkisi ilə əlaqədar İranda aparılan təbliğat-təşviqat kampaniyası başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün qonşu ölkədə sükut günüdür. Sabah isə iranlılar ölkənin doqquzuncu prezidentini seçəcəklər.

Yerli və beynəlxalq mətbuat əsas mübarizənin islahatçı namizəd hesab edilən Məsud Pezeşkianla mühafizəkar Səid Cəlili arasında gedəcəyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun