Boliviya Prezidenti ölkədə dövlət çevrilişinə cəhdin oluğunu bildirib

27 İyun 2024 08:16

Boliviya Prezidenti Luis Arse ordunun ölkə paytaxtında addımlarını dövlət çevrilişi adlandırıb və vətəndaşları demokratiyanı müdafiə etməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Deber" qəzeti məlumat yayıb.

Öz növbəsində, Boliviya Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti La Pazda davam edən hadisələr fonunda Prezident Arse hökumətini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Boliviya hərbçiləri gecə saatlarında paytaxt La Pazda hökumət binası qarşısındakı meydanı mühasirəyə alıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun