Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub

27 İyun 2024 07:37

Bakının Xətai rayonunda 42 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Rəhmanova Afət Məmmədxan qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun