Güclü külək Naxçıvanda fəsadlar törətdi

26 İyun 2024 23:36

Bu gün axşam saatlarından başlayaraq Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra rayonlarında fasilələrlə güclü külək, qısamüddətli leysan və bəzi ərazilərdə dolu yağması müşahidə olunub.

Milli.Az Report-a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin bir sıra küçələrində irigövdəli ağaclar aşıb, bəzi məhəllələrə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar küləyin törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.

Qeyri-sabit hava şəraiti davam edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun