Şahruddin Türkiyə klubu ilə sağollaşdı

26 İyun 2024 22:45

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Dəmirspor" komandası ilə sağollaşıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.

30 yaşlı qolkiper fotosunu paylaşaraq, - "Hər şey üçün təşəkkürlər, Adana", - şərhini yazıb.

Qeyd edək ki, futbolçu ötən ilin yayında "Qarabağ"dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun