Türkiyədən İsrailin ittihamına cavab

26 İyun 2024 21:26

İsrail xarici işlər naziri İsrail Katzın Rəcəb Tayyib Ərdoğanı hədəfləyən səviyyəsiz paylaşımını yalnız soyqırım törətməkdə ittiham olunan bir ölkənin rəsmisi tərəfindən mənimsənilən üslub olaraq dəyərləndiririk.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyi İsrail Katzın Ərdoğanı "qatil" adlandırmasına cavab bəyanatında əks olunub.

"Bu cür böhtan və yalanlar İsrailin törətdiyi əməlləri ört-basdır etmə çabasının bir parçasıdır. Türkiyə ədalət və sülh üçün mübarizə aparmağa davam edəcək", - bəyanatda bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun