ABŞ bu ölkəyə 6 ədəd F-35 göndərir

26 İyun 2024 20:02

ABŞ-ın Arizona ştatındakı Lyuk Hərbi Hava Qüvvələri bazasından Danimarkaya TR-3 konfiqurasiyalı altı ədəd F-35 qırıcısı göndəriləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Danimarka müdafiə naziri Troes Lund Poulsen məlumat verib.

Nazir F-35-lərin danimarkalı pilotların təlim keçməsi üçün göndəriləcəyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun