Hazırda NATO bizim üçün düşməndir - Peskov

26 İyun 2024 18:17

Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsi ilə Alyansın Rusiyaya münasibəti dəyişməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Bununla NATO və üzv ölkələrin ümumi yanaşmasını dəyişəcəyini düşünmürük. ABŞ liderliyində NATO ölkələri Rusiyanın strateji məğlubiyyəti istiqamətində çalışır. Hazırda NATO bizim üçün düşməndir", - Peskov bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun