"Qəbələ" növbəti transferini gerçəkləşdirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "qırmızı-qaralar" Urfan İsmayılovu heyətinə qatıb.
28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. İsmayılov ötən mövsüm "Qaradağ Lökbatan"ın formasını geyinib. O, bunadək "Rəvan-2", "Zirə-2", "Şamaxı" və "Səbail"də çıxış edib.
Qeyd edək ki, "Qəbələ" Urfana qədər müdafiəçi Vüqar Həsənovu heyətinə qatıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun