Ulduz müğənni ilk dəfə sevgilisi ilə səhnəyə çıxdı - FOTO

27 İyun 2024 01:01

Dünya şöhrətli müğənni Teylor Sviftin sevgilisi Trevis Kelsi ilk dəfə onunla səhnəyə çıxıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, 34 yaşlı idmançı müğənnini qucağında səhnəyə gətirib. Klassik  frak və şlyapa geyinmiş Kelsi bir neçə rəqs elementi nümayiş etdirib. Teylor isə sevgilisinin  bəylik kostyumunu tamamlayan gəlinliyə bənzər ağ libasda səhnəyə çıxıb.

İzləyicilər bu görüntünü müğənninin toya hazırlaşmaq mesajı kimi qiymətləndiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun