Riki Martin ilk dəfə Bakıya gəlir

26 İyun 2024 14:06

Dünyaca məşhur superulduz Riki Martin ilk dəfə Bakıya gəlir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni avqustun 2-də paytaxtda məkanların birində konsert verəcək. 

İlk dəfə Bakının qonağı olacaq Rikki Martin sevilən mahnılarını pərəstişkarları üçün səsləndirəcək.

İfaçı paytaxtımıza 43 nəfərdən ibarət komandası ilə gələcək. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun