Vüqar Qurbanovdan yeni təyinat

26 İyun 2024 12:14

Sabunçu Tibb Mərkəzinə yeni baş həkim təyin edilib.

Milli.Az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, baş həkim vəzifəsinə İlahə Şükürova təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun