Şanlı yeni tarix yaşayırıq - Bakı sakini

26 İyun 2024 12:09

Bu gün çox möhtəşəm gündür.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında tarix elmləri doktoru Vəfa Quliyeva deyib.

O bildirib ki, Silahlı Qüvvələr hər bir dövlətin əsası və atributlarından biridir.

V.Quliyeva qeyd edib ki, ordu olmasa, dövlət olmaz.

"Hazırda bizim çox güclü və möhtəşəm ordumuz var. Ordumuz və Prezident, Ali Baş Komandan İlham Əliyevin simasında çox şanlı yeni tarix yaşayırıq. Bu gün çox önəmli gündür. Çünki bizim şanlı ordumuz neçə illərdir işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun