"YouTube"a möhtəşəm yeni funksiya gəlir

27 İyun 2024 05:05

"Google" şirkəti "YouTube" üçün "Hype" funksiyasının sınaq versiyasını istifadəyə verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun məqsədi kiçik kanalların müəlliflərinin izləyicilərinin sayını artırmaqdır.

Yenilik hazırda 500 minə qədər abunəçisi olan kiçik kanalların izləyiciləri üçün nəzərdə tutulub. "Hype" funksiyası izləyicilərə yeddi gün ərzində yayımlanan videoları irəli çəkməyə imkan verir.

Hazırda "Hype" düyməsi Braziliya, Türkiyə və Tayvandan olan istifadəçilər üçün əlçatandır.

Eksperimental funksiyanın digər istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb. Həmçinin, "Google"un bu funksiyanı pullu etməyi planlaşdırıb-planlaşdırmadığı da məlum deyil.

Qeyd edək ki, "YouTube" şirkəti daha əvvəl videolara qeydlər əlavə etmək funksiyasını istifadəyə verəcəyi ilə bağlı məlumat yayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun