Dünyanın ən hündür iti öldü

27 İyun 2024 03:03

ABŞ-nin Ayova ştatında yaşayan Kevin adlı dünyanın ən hündür iti Ginnesin Rekordlar Kitabına düşəndən bir neçə gün sonra ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə kitabın saytında məlumat verilib.

Ayova ştatının Uest De Moyne şəhərində yaşayan üç yaşlı it planlaşdırılmamış əməliyyatdan sonra dünyasını dəyişib.

İt ağır xəstəlikdən əziyyət çəkib. Onun sahibi Treysi Vulf olub.

Qeyd edək ki, Kevin dünyanın ən uzun erkək iti kimi tanınırdı. Onun boyu 97 santimetr idi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun