Türkiyə səhəri zəlzələ ilə açdı

26 İyun 2024 09:27

Türkiyənin Bingöl şəhərində 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11,12 km dərinlikdə yerləşib.

Zəlzələ Bakı vaxtı ilə saat 08:42-də qeydə alınıb.

Təkanlar ətraf rayonlarda da hiss olunub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun