4 milyon dollarlıq cekpot uddu, ürəyi dayandı

27 İyun 2024 02:02

Sinqapurda bir kişi kazinoda 4 milyon dollardan çox pul qazanaraq cekpotu vurub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Daha sonra həmin şəxsin sevincdən ürəyi dayanıb və yerə yıxılıb.

Bəzi KİV-lər həmin şəxsin yerindəcə dünyasını dəyişdiyini yazsa da, həkimlər bu məlumatı təkzib ediblər. Hazırda o, xəstəxanada müalicə alır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun