Əcəmi metrosunun qarşısında dava: Ölən var - FOTO

26 İyun 2024 07:42

Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan çoxsaylı bıçaq xəsarəti alaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Nicat Məmmədov tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı tanışı Nicatın qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurub. N. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az