ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Andrey Belousov ilə telefon danışığı aparıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə bildirib.
O qeyd edib ki, nazirlər rabitə əlaqələrinin əhəmiyyətini müzakirə edib.
Rayder telefon danışığının Ostinin təşəbbüsü ilə baş tutduğunu və bunun 2023-cü ilin martından bəri Ostin ilə rusiyalı həmkarı arasında ilk danışıq olduğunu vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun