Kanada vətəndaşlarına çağırış etdi: O ölkəni tərk edin!

26 İyun 2024 00:07

Kanada vətəndaşlarına fürsət tapdıqca Livanı tərk etməyə çağırıram.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kanadanın xarici işlər naziri Melani Joli deyib.

"Hizbullah və İsrail arasında davam edən və artan zorakılıq səbəbindən Livanda təhlükəsizlik vəziyyəti getdikcə qeyri-sabit və gözlənilməz xarakter alır və xəbərdarlıq edilmədən daha da pisləşə bilər.

Kanadalılara mesajım Yaxın Şərq böhranının başlanğıcından bəri aydındır: indi Livana getməyin vaxtı deyil. Hazırda Livanda olan kanadalılar üçün kommersiya uçuşları mövcud olduğu müddətdə oradan ayrılma vaxtıdır", - nazir bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun