Fransa - Polşa oyununun ən yaxşısı odur

25 İyun 2024 22:13

Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda keçirilən Fransa - Polşa matçının (1:1) ən yaxşı futbolçusunun adı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu, Polşa millisinin üzvü Lukaş Skorupski olub.

33 yaşlı qapıçı bu oyunda 7 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, Polşa millisi Avro-2024-də D qrupunun sonuncusu olub. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun