Cəlilabad rayon sakini Masallıda ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az