Dağıstanda terakt: Rayon başçısı həbs edildi

25 İyun 2024 18:25

Dağıstan məhkəməsi terror aktında yaxınları iştirak etmiş Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovu 10 sutka həbs edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva məlumat verib.

"Mahaçqala şəhərinin Leninski Rayon Məhkəməsi Maqomed Ömərovu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati cinayəti törətməkdə təqsirli bilib, ona 10 sutka müddətinə inzibati həbs cəzası verib ", - deyə bildirilib.

Onun sözlərinə görə, qərardan qanunla müəyyən edilmiş qaydada yuxarı instansiyaya şikayət verilə bilər.

Qeyd edək ki, Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində törədilən terror aktları zamanı Ömərovun iki oğlu, həmçinin qardaşı oğlu zərərsizləşdirilmişdi. Ömərov özü isə saxlanılmazdan öncə istefa ərizəsi yazmışdı.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun