Sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlandı

25 İyun 2024 17:36

Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran regional təhsil idarələrindəki müəllimlər sertifikasiya imtahanlarında zəif nəticə göstəriblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlər üçün brifinq zamanı deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun