Lənkəranda yaşayış evində yanğın olub

25 May 2010 09:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 24-də saat 21.45 radələrində şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi, 61 ünvanında 1959-cu il təvəllüdlü Mirteymur Mütəllim oğlu Talışlıya məxsus 146 kvadratmetrlik yaşayış evində qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib və yanğın qısa müddətdə söndürülüb. Məlumata görə, evin cəmi 9 kvadratmetrlik ərazisi yanğın nəticəsində yararsız hala düşüb.

İlkin versiya kimi hadisəyə ev sahibinin elektrik məişət cihazı ilə ehtiyatsız davranmasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

/APA/