Azərbaycanda aviabiletlərin onlayn-satışı üzrə innovasiyalı sayt işə başlayıb
19 İyun 2012 12:00
Bu sistemdə innovasiya olan nədir?
www.OneTwoTrip.az internet layihəsi vaxtınıza qənaət etmək və bir neçə dəqiqə ərzində dünyanın istənilən yerinə lazımi bilet almaq üçün imkan yaradacaq. Bu internetdə bilet almaq üçün ən etibarlı və müasir alış sistemidir. Bilet almaq üçün sizə tarix və sərnişin barədə məlumat daxil etmək lazımdır, daha sonra isə sistem sizə bütün vergilərlə bərabər ümumi məbləği göstərəcək.
OneTwoTrip dünyanın 500-dən çox aviaşirkət ilə əməkdaşlıq edir, bu da o deməkdir ki, bu sizə inanılmaz seçim imkanı verəcək.
Bilet haqqını ödəmək üçün siz beynəlxalq ödəniş kartlarından istifadə edə bilərsiniz. Bundan əlavə, siz öz ödəmə kartınız vasitəsi ilə öz dostlarınız və qohumlarınız üçün bilet ala bilərsiniz.
Layihənin məqsədi sizə biznes səfərləri və səyahətləri təşkil etmək üçün ən ucuz, ən rahat və ən sürətli üsulu təqdim etməkdir.
Xüsusi hazırlanmış biletlərin axtarış və qiymətlərin təhlili sistemi ilə www.OneTwoTrip.az sizə ən yaxşı qiymətə və tarix üzrə aviabilet təklif edilir. Məhz bu sizə uçuş üçün münasib variant və qiyməti təklif etməyə imkan yaradır. Bu da həmin layihəni başqa mövcud olan bu tip sistemlərdən fərqləndirir.
Biletlərin qeyd olunan saytda qeydiyyatdan keçmədən alışı prosesi bir neçə dəqiqə ərzində mümkündür. Ödənişdən sonra isə biletiniz elektron ünvanınıza göndərilir.
Elektron biletlər çox rahatdır, çünki onlar bilet alışını təsdiqləyir və kağız biletlərinə ehtiyac qalmır. Aviaşirkətlər biletlər barədə məlumatı öz bazasında saxlayırlar. Bu o deməkdir ki, sizə kağız biletini almağa ehtiyac qalmayacaq və ən əsas məsələ odur ki, siz öz biletinizi itirməyəcəksiniz və unutmayacaqsınız.
Xoş uçuşlar!