Dilan və Engin Polat yenidən həbsxanaya göndərildi - YENİLƏNİB - FOTO

25 İyun 2024 15:11

15:11

2 cinayət işində təqsirləndirilən Dilan və Engin Polat cütlüyü yenidən həbsxanaya aparılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb digər məhkəmə işinin hələ də davam etməsi olub. Belə ki, bu gün baş tutan məhkəmədə cütlüyün sərbəst mühakimə olunması qərara alınsa da, onlar barəsində ikinci bir ittihamın olduğu bildirilib və yenidən həbsxanaya aparılıblar.

Bildirilib ki, sosial media fenomeni Banu Parlakın iş yerinin önündə baş verən atışma ilə bağlı araşdırmalar yekunlaşmayıb.

-----------
14:29

Fenomen Dilan Polat, həyat yoldaşı Engin Polat və qayınatası Sezgin Polat haqqında qərar verilib.

Milli.Az olay-a istinadən bildirir ki, məhkəmənin yekun qərarına əsasən onların hər üçü də azadlığa buraxılıb.

Qeyd edək, onlar bir müddətdir həbs olunmuşdu. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun