İki saatlıq gəzintiyə çıxmışdı, 10 gün sonra bu vəziyyətdə tapıldı

30 İyun 2024 17:00

34 yaşlı Lukas Kaliforniyadakı Santa Cruz Hillsdə gəzinti zamanı itib. O özü ilə yalnız fənər və cib bıçağı götürərək gəzintiyə gedən zaman yolu azıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Lukas təxminən 10 gün ərzində vəhşi meşədə tək qalıb.

O, bu müddət ərzində yabanı giləmeyvə və su ilə qidalanıb. Lukas özü üçün yarpaqdan çarpayı düzəldərək 10 orda yatıb. Onun dediyinə görə, meşədə bir çox yırtıcılar, hətta dağ aslanı da onu təqib edib.

"Arxamda bir dağ aslanı vardı, amma sakit idi. O, məsafəni saxlamışdı. İlk beş gündən sonra başa düşməyə başladım ki, çox çətinlik çəkirəm. Hər gün burrito və takoları necə istədiyimi düşünürdüm. Mən bütün vaxt ərzində narahat olmamağa çalışdım" Lukas CNN-nə müsahibəsi zamanı belə deyib.

Nəticədə, 10 gündən sonra o şəlalənin yaxınlığında drondan istifadə nəticəsində tapılıb. Onun yalnız yüngül xəsarətlər alması möcüzə sayılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun