Pünhanın avtomobilinin dodaq uçuqladan qiyməti - VİDEO

25 İyun 2024 13:29

"Bu yerlərə gəlib çıxmaq üçün mən çox əziyyətlər çəkmişəm".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Pünhan Priyev "Maqazin plus" verilişinə müsahibəsində deyib.

İfaçı illər boyu çəkdiyi əziyyətlərdən söz salaraq köks ötürüb.

O, maşınının qiymətini açıqlamaqdan da çəkinməyib:

"İstər tələbəlik illərində, istərsə də tələbəlik illərindən sonra mən çox əziyyətlər görmüşəm. Elə olub ki, velosiped almağa belə pulum olmayıb. Mən arzulayırdım ki, 200-300 manat pulum olsun, gedib özümə velosiped alım. Şükürlər olsun Allaha ki, mən indi 150 min manat qiyməti olan maşın sürürəm".

Müğənninin maşınının görüntülərini təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun