İlahiyyatçı barədə qərar verildi - YENİLƏNİB

25 İyun 2024 18:06

18:06

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 152-ci ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

-------------
14:52

Xəbər verdiyimiz kimi, azyaşlıya əxlaqsızlıq etməkdə şübhəli bilinən ilahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, "ilahiyyatçı" kimi təqdim olunan Hacı Salman Kamiloğlu Qafqaz Müsəlmanları İdarəsində din xadimi kimi qeydiyyatda deyil.

Azərbaycan İlahiyyat İnstitutunun mətbuatla iş üzrə baş mütəxəssisi Ayşən Aslanova da açıqlamasında sözügedən şəxsin təhsil qurumunun əməkdaşı olmadığını bildirib.

Ümumiyyətlə, bir neçə dəfə "ilahiyyatçı" qismində açıqlama verməsinə rəğmən, Salman Kamiloğlu haqda bilgi yoxdur - onun harada təhsil aldığı, harada çalışdığı bilinmir.

----------
09:36


İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı əxlaqsızlıq edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun