Ayağı zədəli halda imtahana gəldi, yüksək nəticə göstərdi - FOTO

24 İyun 2024 16:11

Ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maraqlı hadisə yaşanıb.

"Milli.Az" Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, müəllimlərdən biri ayağı zədəli halda imtahana qatılıb.

Bildirilib ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.

O, yüksək nəticə göstərərək 51 bal toplayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun