“Avtomobilimlə avtobusun qarşısını kəsdiyimə görə dedilər ki, qudurub” - VİDEO

24 İyun 2024 12:37

Meyxanaçı Baləli Maştağalı bir müddət əvvəl lüks avtomobilini səhv park edərək, avtobusun qarşısını kəsməsi məsələsinə aydınlıq gətirib.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda söz xiridarı qonaq olduğu "Zarafat bir yana" verilişində danışıb.

Baləli bildirib ki, bu addımı övladı üçün əczaçıdan dərman alması üçün atıbmış: 

"Zamanında mən də o avtobusun içində olmuşam. Yəni anadan olandan "Range Rover" sürməmişəm. Mən də əziyyətlə bu səviyyəyə gəlmişəm. Əgər mən həmin an özüm o avtobusun içində olsaydım, daha da səbrli olardım. Deyərdim ki, "Allah saxlamış mən də tələsirəm işə..."

Çünki bu mənim xəasiyyətimə uyğundur. Bəlkə o insan harasa bərk tələsir. Çünki o yayılan görüntülərdə mən əczaçıya dərman almağa tələsirdim. O zaman uşağım xəstə idi. Həkimə aparmışdım onu. Məcbur idim ona o an dərman almağa. İnsanların hərəsi bir xasiyyətdədir. Mən orada səbr edərdim. İnsandır da, bəlkə təcili işi var. Amma elə insan da var ki, 50 dənə söz qoşub deyir ki, "Bu qudurub, tanınmış insandır". Mən "ulduz" xəstəliyinə tutulmamışam. Mən sağlamam (gülür).

Səhv park etdim, cəriməsini də ödədim. Çünki  12 il "Laçın" ticarət mərkəzində işləmişəm və orada ayaqqabı satmışam. Diqqət etsəniz görərsiniz ki, meyxanaçılarda bu maşın söhbəti olmamışdı, mən çıxandan sonra bu şeylər yaşandı. Ona görə də bütün avtomobil firmaları fəxr etsinlər ki, mənim kimi meyxana deyən var ki, onların avtomobillərinin adları çəkilir". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun