Paris-2024: 13 yaşında lisenziya qazandı

24 İyun 2024 11:41

13 yaşlı Heyli Sirviyo Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, skeytbordçu Finlandiyanın tarixinə ən azyaşlı olimpiyaçı kimi düşəcək.

O, reytinq sıralamasında "Top-22"yə düşməklə Fransa paytaxtına birbaşa vəsiqə qazanıb. Heyli buna Macarıstanın paytaxtı Budapeştdəki təsnifat turnirində 8-ci yeri tutaraq nail olub.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun