Fabio Luis Ramim Azərbaycana qayıtmaq istəyir

24 İyun 2024 11:27

"Əvvəllər Azərbaycan klublarına bəzi futbolçuları təklif edirdim, indi isə yox. Hazırda məşqçilik səviyyəmi yüksəltməyə çalışıram".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim deyib.

Milliləşdirilmiş 43 yaşlı braziliyalı karyerasını məşqçi kimi davam etdirir. "İnternational de Bebedouro" klubunda çalışan Ramim 17 və 20 yaşadək gənclərə futbolun sirlərini öyrədir.

Onun sözlərinə görə, Azərbaycandan müəyyən müddətdir ayrılsa da, ölkəmizi həmişə xatırlayır: "Azərbaycan üçün çox darıxıram. Ölkənizdə mənə çox hörmət edirdilər. Hər gün daha çox işləyirəm ki, bəlkə bir gün Azərbaycana məşqçi kimi qayıdam".

Qeyd edək ki, Fabio Luis Ramim ölkəmizdə artıq tarixin yaddaşına köçən "MKT-Araz", "Bakı" və AZAL klublarının şərəfini qoruyub. O, yığmamızın forması ilə meydana çıxdığı 16 oyunda 4 qol vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun