Mahaçqala və Dərbənddə antiterror əməliyyatı başa çatdı

24 İyun 2024 10:07

Mahaçqala və Dərbənddə antiterror əməliyyatı başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükələrin aradan qaldırılması ilə əlaqədar antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun