“Yenidən ailə qurub övladımın olmasını istəyirəm”

24 İyun 2024 09:44

"Qismət olsun, ailə qurum. Mütləq istəyərəm ki, daha bir övladım olsun. Heç vaxt heç nə gec deyil". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Günel Məhərrəmova qonaq olduğu "Həmin Zaur" verilişində deyib. 

Sənətçinin bu fikirlərinə şübhə ilə yanaşan proqramın aparıcısı Zaur Kamal "Subay olsaydım, mənə ərə gələrdin?" ona sual ünvanlayıb.  

Günelin cavabı belə olub: 

"Fikirləşərdim... Yaraşıqlı oğlansan. Amma xasiyyətin çətindir. Həyat yoldaşın səninlə necə yola gedir anlamıram". 

Daha sonra müğənni uşaqlıqdan qayğılar içində böyüdüyünü söyləyib:

"Uşaqlıqdan qayğılar və əziyyət çəkmişəm. Mən Mədəniyyət və İncəsənət Universitetində oxuduğum zaman 2 yerdə çalışırdım. Rayonumuzun musiqi məktəbində "salfecio"dan, musiqi ədəbiyyatından dərs deyirdim. Eyni zamanda mədəniyyət evinin folklyor-xalq ansamblının rejissoru idim. Mən universitetin rejissorluq fakültəsini bitirmişəm. İşləyirdim aldığım o az maaşı isə bazarlığa xərcləyirdim. İstəyirdim ki, mənim də bu cür evimizə bir qatqım olsun. O qədər işləyib, yorulurdum ki...".

Qeyd edək ki, G.Məhərrəmova ərinin illərdir Ukraynada yaşadığını və orada mebel işi ilə məşğul olduğunu açıqlamışdı. Bakıya qayıtmaq fikri olmadığından müğənni yoldaşından ayrılıb.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun