"Microsoft" 1 milyarda şəbəkə alır

18 İyun 2012 17:42
Milli.Az "Bloomberg"ə istinadən bildirir ki, korporasiya servis üçün 1 milyard dollar ödəməyə hazırdır.

"Yammer"in satın alınması "Microsoft"a korporativ müştərilərə təklif etdiyi məhsulların çeşidini artırmağa imkan verəcək. Üstəlik, bu sövdələşmə ayın əvvəllərində "Buddy Media"nı satın almış "Salesforce.com" ilə rəqabəti gücləndirəcək. Sosial-media marketinqi sahəsində ixtisaslaşmış şirkət üçün "Salesforce.com" 745 milyon dollar ödəmişdi.

"Yammer"in satın alınması "Microsoft" ilə "Oracle" arasındakı rəqabəti də sərtləşdirəcək. Çünki "Oracle" bu yaxınlarda "Vitru" və "Collective Intellect" şirkətlərini satın almışdı.

"Yammer" servisindən 200 mindən artıq şirkətin əməkdaşları iştirak edirlər.

Milli.Az