Netanyahu: Döyüşün aktiv mərhələsi bitir

24 İyun 2024 09:00

Qəzza zolağının Rəfah şəhərində HƏMAS-la aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Lakin biz əməliyyatlara və zərbələrə davam edəcəyik. Təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq. Döyüşlərin intensivliyi azalsa belə, İsrail müharibəni dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq", - nazir bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun