Yaponiya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

24 İyun 2024 08:20

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Dağıstanda baş verən silahlı hücumlar səbəbilə vətədaşlara Rusiyaya səfər etməməyi tövsiyə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Hayaşi Yaponiyanın Rusiyada baş verənlər, o cümlədən Dağıstandakı terror aktları haqqında məlumat topladığını və məlumatları təhlil etdiyini deyib.

"Yaponiya hökuməti bundan öncə də Rusiyanın bütün ərazisinə səyahət üçün üçüncü təhlükə səviyyəsini müəyyən edib və bir daha vətəndaşları hər hansı məqsədlə Rusiyaya səfər etməkdən çəkinməyə çağırıb", - deyə Hayaşi bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun