Şotlandiya - Macarıstan oyununun ən yaxşı futbolçusu müəyyənləşib

24 İyun 2024 07:15

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Şotlandiya - Macarıstan matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, macarların heyətində Roland Şallai qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 27 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun