BMT Somaliyə 25 milyon dollar ayıracaq

24 İyun 2024 06:27

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Somalidə ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 25 milyon dollar yardım edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

Maliyyələşdirmə Somalinin Hirshabelle əyalətindəki Cavhar qəsəbəsində kiçik fermerlər üçün kritik infrastrukturun bərpası və iqlimə uyğun kənd təsərrüfatının təşviqi üçün istifadə olunacaq. FAO-nun məlumatına görə, layihə torpaqdan daha məhsuldar istifadə etməyə imkan verən daşqından mühafizə və etibarlı suvarmanı təmin etməklə Somali fermerlərinə dəstək verəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun